"Bağlı qapılar arxasında" — Sartrın dahiyanə pyesi

Published on: 2025-02-16 15:15:51
Bu əsərin mərkəzində cəhənnəmə düşmüş üç insan dayanır. Lakin bu, bizim adət etdiyimiz cəhənnəm deyil: nə Dantenin qaynar qazanları, nə əbədi alov, nə də fiziki işgəncələr var. Burada sadəcə otaqlar və dəhlizlər var. Və bu məkanda qəhrəmanlar adi insanlar kimi deyil, mahiyyətlər kimi bir-biri ilə qarşılaşırlar.
Biz real həyatda daim dəyişir, formalaşır və inkişaf edirik. Mövcudluğumuz proses içindədir. Bəs, nə baş verir ki, başqası bizə baxanda bu proses dayanır? O, bizi axıcı, dəyişkən bir varlıq kimi deyil, artıq tamamlanmış, formalaşmış bir obyekt kimi görür. Bizim dinamika içində olan varlığımız başqasının baxışında donub qalır.
Məhz bu məqamda Sartrın məşhur ifadəsi səslənir: "Cəhənnəm — başqalarıdır." Bu cümləni çox zaman insanlardan uzaq durmaq, insanlara nifrət etmək kimi yozurlar. Lakin Sartrın ismarıcı daha dərin bir düşüncə üçün hesablanmışdır.
Başqası mənə baxanda — məni mahiyyətə çevirir, sanki bir çərçivəyə salır. O, məni bir proses kimi deyil, yekunlaşmış bir forma kimi görür. Onun baxışı məni obyektivləşdirir, dondurur və azadlığımı məhdudlaşdırır.
Bu səbəbdən başqasının baxışı — cəhənnəm təcrübəsidir. Çünki bizə yaşayan, dəyişən, inkişaf edən varlıq kimi deyil, artıq formalaşmış və sabit bir mahiyyət kimi baxırlar. Və bu, insanı sıxan, məhdudlaşdıran bir vəziyyətdir.
Lakin əgər hər baxış bizi sabitləşdirirsə, onda belə bir sual yaranır: ünsiyyət necə mümkün ola bilər? Əgər hər zaman başqalarının gözündə “hazır” bir varlığa çevriliriksə, onda biz bir-birimizi necə həqiqətən anlaya bilərik?